16:28 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
AZƏRBAYCAN
Qısa URL
61450

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin düşmən ordusunun növbəti təxribatına layiqli cavab verdiyini açıqlayıb: "Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır"

BAKI, 4 apr — Sputnik. Bu gün erməni silahlı bölmələri Xocavənd — Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. 

Əks hücum zamanı erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.

"Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır", —deyə MN bəyan edir.

Əlaqədar

Azərbaycanlı gənclər BMT-yə müraciət etdilər
XİN: Ermənistan təcavüzü dayandırmasa, cavabını alacaq
Müdafiə Nazirliyi hərbi attaşeləri topladı
Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumu açıqladı
"Cəbhədə döyüşlərin yenidən başlanması Ermənistan tərəfinin təxribatıdır"
Teqlər:
ordu, cəbhə, Müdafiə Nazirliyi, qarşıdurma

Əsas mövzular