18:51 21 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Дождливая погода в Баку

Sabah hava yağıntılı və küləkli olacaq

© Sputnik / Murad Orujov
AZƏRBAYCAN
Qısa URL
7201

Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

BAKI, 12 mart — Sputnik. Martın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 11-13 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, gündüz əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcəyədək isti,  gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Əsas mövzular