19:47 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
AZƏRBAYCAN
Qısa URL
650 0 0

Prezident İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb.

BAKI, 16 yan — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Sərəncam imzalayıb.

Sputnik-in məlumatına görə, sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.

Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, Azərbaycanın Milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncama uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.

Teqlər:
əmək pensiyaçıları, əmək pensiyaları, əmək pensiyası, pensiya, pensiyaçıların sosial müdafiəsi, Azərbaycan

Əsas mövzular