16:37 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Baş Prokurorluq

Baş Prokurorluq nardaranlıların danışıqlar təklifini qəbul etməyib

© Foto: Novator
AZƏRBAYCAN
Qısa URL
4501

Baş Prokurorluq olaraq silahlı ekstremist cinayətkar dəstə ilə hər hansı bir danışıqlar aparmaq niyyətində deyilik. Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

BAKI 27 noy — Sputnik. Baş Prokurorluq olaraq silahlı ekstremist cinayətkar dəstə ilə hər hansı bir danışıqlar aparmaq niyyətində deyilik.

Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib.

Prokurorluq rəsmisi qeyd edib ki, Baş Prokurorluq Məşədi Natiq Kərimovun danışıqlar təklifini qəbul etməyib.

E.Sultanov qeyd edib ki, Nardaran qəsəbəsində baş vermiş ölümlə nəticələnən silahlı insidentlə bağlı Baş Prokurorluqda cinayət işi başlanılıb: "Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılmaqla qeyd edilən cinayətin bütün iştirakçılarının, həmçinin həmin silahlı cinayətkar dəstəyə köməklik etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir".

Qeyd edək ki, Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bildirmişdi ki, kənd camaatı yaranmış vəziyyətlə əlaqədar hüquq-mühafizə orqanları ilə danışıqlar aparmağa çalışıb. Məşədi Natiq Kərimov ötən gün baş verən atışmada dünyasını dəyişən kənd sakinlərinin meyitlərinin hələ ailələrinə təhvil verilmədiyini də bildirib.

Əsas mövzular