SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə xarici işlər naziri Azərbaycanda səfərdədir

Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu bu gün səhər Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət edib.

BAKI, 27 noy — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda səfərdədir.

Mövlud Çavuşoğlu bu gün səhər Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq  Zərifə Əliyevanın məzarını ziyarət edib.

Daha sonra o, Şəhidlər Xiyabanına baş çəkib, əbədi məşəl önünə əklil qoyub. Ardınca Türk Şəhidliyinə gedən nazir xatirə kitabına ürək sözlərini yazıb.

M. Çavuşoğlu bu gün prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, parlamentin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Xəbər lenti
0