10:45 23 Fevral 2018
Canlı yayım
Bakı-Sumqayıt yolunda tıxac

Sumqayıta getmək istəyən sərnişinlərlə polis arasında qarşıdurma

youtube
AZƏRBAYCAN
Qısa URL
5510

Bakıdan Sumqayıta getmək istəyən şəxslər hazırda metronun 20 Yanvar stansiyasının yaxınlığına ciddi problemlə üzləşiblər.

BAKI, 26 okt — Sputnik. Bakıdan Sumqayıta getmək istəyən şəxslər hazırda metronun 20 Yanvar stansiyasının yaxınlığına ciddi problemlə üzləşiblər. 

Belə ki, Sputnik-in müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, ərazidə olan polislər Bakı-Sumqayıt marşrutu üzrə işləyən və bir sərnişini 50-60 qəpikdən daşıyan avtobusları xətdən kənarlaşdırırlar. Lakin xidmətləri baha olan minik avtomobillərinin eyni xidmətinə maneçilik törədilmir. Nəticədə sərnişinlər eyni ylu 3-4 qat baha qiymətə getməli olurlar. Elə bu səbəbdən ərazidə sərnişinlərlə polislər arasında qarşıdurma yaranıb. Hətta iş o yerə çatıb ki, sərnişinlər polislərin xətdən kənarlaşdırmaq istədikləri avtobusun qarşısını kəsərək buna mane olublar. Hazırda gərginlik davam etməkdədir.

Qeyd edək ki, sərnişinlərin dediyinə görə, bu ilk belə hal deyil və son günlərdə çox intensiv şəkil alıb. 

Əsas mövzular