BAKI, 19 dekabr — Sputnik. Avropa İttifaqının Gürcüstanın diplomatik və xidməti pasportlarının sahibləri üçün vizasız rejimin dayandırılması proseduruna başlamaq qərarı anti-gürcüdür. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Bu, gürcü cəmiyyətinin dərk edilməsində Avropa strukturlarının nüfuzuna xələl gətirən açıq-aşkar anti-gürcü addımı kimi qiymətləndirilməlidir. Məhz bu cür qərarların nəticəsidir ki, Avropa strukturları Gürcüstan cəmiyyətini qavramağın daimi devalvasiyasından əziyyət çəkir və bu problemdir", baş nazir brifinqdə bildirib.
Bir gün əvvəl Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaya Kallas Avropa İttifaqının Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız rejimin dayandırılması proseduruna başlamağı qərara aldığını açıqlamışdı.