BAKI, 9 dekabr — Sputnik. Gələn ilin dövlət büdcəsinin gəlirləri 38,3 milyard manat, xərcləri 41,4 milyard manat proqnozlaşdırılır. Büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq. Sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatması və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi sosial siyasətin prioritetliyini ifadə edir. Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına dövlətin diqqət və qayğısı növbəti ildə də davam etdiriləcək. Eyni zamanda, sosial tədbirlər paketi həyata keçiriləcək.
Bunu Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində gələn ilin dövlət büdcəsi ilə bağlı danışan "İqtisadi Resursların Öyrənilməsi Mərkəzi" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib.
O bildirib ki, gələn il üçün əmək pensiyaları artırılacaq. Bütün növ əmək pensiyaları hər il indeksləşdirilərək artırılır:
Büdcədə neftin qiyməti 70 dollardan götürüləcək
Ekspert qeyd edib ki, gələn ilin büdcə gəlirlərinin 49 faizi neft, 51 faizi isə qeyri-neft gəlirlərinin hesabına formalaşacaq:
"Azərbaycanın gələn il üçün dövlət büdcəsində neftin qiyməti 70 dollardan götürüləcək. 2025-ci ildə neftin bir barelinin orta illik ixrac qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulur. Bu, 2024-cü illə müqayisədə 5 dollar azdır. Belə ki, builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan götürülüb".
Müdafiə xərcləri artırılır
O bildirib ki, büdcə layihəsində müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8,4 milyard manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 17,8 faiz çoxdur:
"Azərbaycan daxili borclanmaya üstünlük verir"
Ekspert qeyd edib ki, 2025-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 51 milyon manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 2,4 faiz təşkil edəcək. Azərbaycan daxili borclanmaya üstünlük verir.
Təhsil və səhiyyə xərcləri artırılır
O bildirib ki, büdcə layihəsində təhsil xərcləri 4,9 milyard manat proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 8,7 faiz çoxdur:
Xatırladaq ki, dekabrın 3-də Milli Məclis "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.