DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Bəşər Əsəd rejiminin süqutunu təsdiqlədi: "Suriyanın yenidən inşasına çalışacağıq"

Hakan Fidanın sözlərinə görə, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilər.
Sputnik
BAKI, 8 dekabr - Sputnik. Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir.
H.Fidanın sözlərinə görə, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilər.
Nazir onu da bildirib ki, Türkiyə Suriyanın yenidən inşası üçün çalışacaq:
"İŞİD və PKK-nın mövcud vəziyyətdən sui- istifadə etməməsi üçün çox diqqətli olmalıyıq. Amerikalı dostlarımızla təmasları davam etdiririk. Suriya dövlət qurumları qorunmalı və müxalif güclər dərhal birləşməlidir".
H.Fidan həmçinin bütün aktorları diqqətli və sakit hərəkət etməyə çağırıb: "Bölgədə sabitsizliyi daha çox davam etdirməmək lazımdır".
Qeyd edək ki, prezident Bəşər Əsəd Suriyanı tərk edib. Müxalifət qüvvələri Suriyanın əsas şəhərlərini, o cümlədən, paytaxt Dəməşqi, orada yerləşən hökumət binalarını və dövlət televiziyasını ələ keçirib. Qərb KİV-ləri Bəşər Əsədi ölkədən çıxaran təyyarənin Aralıq dənizi bölgəsində radarlardan itdiyini iddia edir. Əsədin həlak olma ehtimalı yüksək hesab olunur.
DÜNYA XƏBƏRLƏRİ
Ölkədən qaçan Bəşər Əsədin təyyarəsi radarlardan itib: Onun həlak olma ehtimalı yüksəkdir