"İşğaldan azad olunmuş torpaqlarda yaşayış massivlərinin salınması, habelə infrastrukturun yaradılması ilə bağlı aparılan işlər zamanla burada fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin çoxalması ilə müşayiət olunacaq. Dövlətin istər vergi, istərsə də məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sahəsində həyata keçirdiyi güzəştlər bu ərazilərdə məskunlaşma və biznesin inkişafının sürətlənməsinə böyük təkandır. Ötən illə müqayisədə cari ilin göstəricisində müşahidə olunan nəzərəçarpacaq artım tempi gələcək illərdə müvafiq istiqamət üzrə büdcə vəsaitinə olan ehtiyacın artması ilə müşayiət olunacaq. Bu baxımdan Hesablama Palatası önümüzdəki illərdə subsidiyalaşma ilə əlaqədar dövlət büdcəsindən ayrılacaq vəsaitin Fondun büdcə gəlirlərində ayrı maddə üzrə uçotunun aparılmasının məqsədə müvafiq olduğu qənaətindədir", - deyə Rəydə qeyd olunub.