BAKI, 14 noyabr — Sputnik. Birləşmiş Ştatlar Çinə qarşı "qəzəblidir", çünki o, çox tez və inamla onu ötüb keçib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Marina Kimə müsahibəsində deyib. Müsahibə "Telegram" kanalında yayımlanıb.
"Çin, ABŞ-nın özünün Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Dünya Ticarət Təşkilatı kimi qurumlarda qoyduğu normalar əsasında onu ötüb keçir. ABŞ-ın idarə etdiyi bu qurumlardan, mexanizmlərdən hər cür sui-istifadə edilməsinə baxmayaraq, ABŞ-ı geridə qoyur" - nazir qeyd edib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri RF ilə ABŞ arasında münasibətlər mövzusuna da toxunub və Kremlin ABŞ-ın yeni administrasiyası ilə ünsiyyətə hazır olduğunu vurğulayıb. Eyni zamanda, Lavrovun sözlərinə görə, Moskva ABŞ vətəndaşları tərəfindən seçilən Prezident Donald Trampın konkret məsələlər üzrə fəaliyyətini qiymətləndirəcək.