COP29

Heç bir işıq görmürəm - Lukaşenko iqlim problemlərinə görə Qərb ölkələrini tənqid etdi

Belarus Prezidentinin dediyinə görə, Qərb ölkələri elə düşünürlər ki, hər şey düzələcək, amma düzəlməyəcək.
Sputnik
BAKI, 11 noyabr - Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bəzi Qərb ölkələrini iqlim dəyişikliyi ilə mübarizəyə münasibətinə görə tənqid edib.
Bu barədə Lukaşenko Azərbaycanın “AnewZ” telekanalına müsahibəsində bildirib.
“Orta qlobal temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılması məqsədinə çatmaq olarmı və ölkələr buna nail olmaq üçün kifayət qədər işlər görüblərmi?” sualını cavablandırarkən Lukaşenko deyib:
“Əgər bu cür və bu həcmdə etsək, bu, əlçatmaz olacaq. Heç nə dəyişmir, əksinə, vəziyyət getdikcə pisləşir. İlk növbədə emissiyaları azaltmalı olan ölkələr, təəssüf ki, bunu etmirlər”.
O, bu mövzuda heç bir işıq görünmədiyini də vurğulayıb.
Lukaşenko bəzi Qərb ölkələrini Azərbaycanda keçirilən COP29-da iştirakla bağlı tutduqları mövqeyə görə də tənqid edib:
“Onlar düşünürlər ki, hər şey yaxşı olacaq, iqlim dəyişməyəcək və Qərb ölkələri bundan yan keçəcəklər. Yəni elə düşünürlər ki, hər şey düzələcək. Düzəlməyəcək”.
SİYASƏT
Aleksandr Lukaşenko Bakının gözəlliyinə yenidən aşiq olub: "Qısa vaxtda böyük iş görmüsüz"