İDMAN

Qadın güləşçimiz dünya çempionu oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatı davam edir.
Sputnik
BAKI, 25 oktyabr - Sputnik. Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında güləşçimiz Jalə Əliyeva dünya çempionu olub. Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər yayıb.
Belə ki, mundialın dördüncü günündə Jalə Əliyeva (57 kiloqram) 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4. Həmyerlimiz növbəti mərhələdə isə türkiyəli Sevim Akbaşa heç bir şans verməyib – 10:0.
Əliyeva yarımfinalda isə amerikalı Sofiya Makalusonu “tuş”la üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.
Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.