İDMAN

Əlli yaşlı azərbaycanlı veteran Moskvada MDB çempionu titulunu qoruyacaq

Əli İsmayılov ümid edir ki, Rusiya paytaxtında yaşayan azərbaycanlılar onu dəstəkləyəcəklər.
Sputnik
BAKI, 19 oktyabr - Sputnik. Azərbaycanın tanınmış idman veteranı Əli İsmayılov bu ilin sonunda Moskvada boks üzrə MDB çempionu titulunu qoruyacaq. Bu barədə Sputnik Azərbaycan-a boksçunun özü məlumat verib.
Məlum olduğu kimi, iyun ayında 50 yaşlı azərbaycanlı boksçu Moskvada 34 yaşlı rusiyalı Rəsul Maqomedovu məğlub edərək MDB-nin yüngül çəkidə çempionluq kəmərini sensasion şəkildə qazanmışdı. Döyüşün ikinci raundunda İsmayılov rəqibini nokautla başa vurdu.
Boksçular arasında revanş görüşü avqust-sentyabr aylarında keçirilməli idi, lakin döyüşün tarixləri ilin sonuna qədər təxirə salınmışdı.

“Çempionluq kəmərimi Bakıda qorumaq istəyirdim, lakin bu il bütün resursların idmançıların Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakına yönəldiyini nəzərə alaraq, bu ideyadan imtina etmək qərarına gəldik. Moskvada kifayət qədər azərbaycanlı yaşayır və ümid edirəm ki, onlar mənə müvafiq dəstək verəcəklər”, - İsmayılov bildirib.

Qeyd edək ki, Rəsul Maqomedovla cavab görüşündən əvvəl azərbaycanlı veteran daha bir döyüş keçirə bilər. Ehtimallara görə, oktyabrın sonu və ya noyabrın əvvəlində Türkiyədə keçirilməli idi, lakin rəqib hələ müəyyənləşməyib.

“Maqomedovla cavab döyüşündən əvvəl mən də hazırlıq döyüşü keçirməliyəm. Hər halda, mən Maqomedovla ikinci görüşə fəal hazırlaşıram və MDB çempionu titulumu qorumaq niyyətindəyəm”, - İsmayılov qeyd edib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
"Bürünc Əli"nin geri dönüşü: İsmayılov 50 yaşında MDB çempionu titulunu necə qazandı