BAKI, 20 sentyabr — Sputnik. ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları" adlı dinləmə keçirilib və çıxış edənlər tərəfindən Azərbaycana qarşı çoxsaylı ittihamlar səsləndirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanın bu ölkə ilə münasibətlərini gərginləşdirməkdir.
Azərbaycanda suverenliyin bərpa edilməsinin qeyd edildiyi ərəfədə belə bir tədbirin keçirilməsi xüsusilə diqqət çəkəndir.
Bu dinləmələrlə ABŞ Azərbaycana hansı mesajı verir?
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa və politoloq Yeganə Hacıyeva Sputnik Azərbyacan-a danışıblar.
Millət vəkili Fazil Mustafa hesab edir ki, ABŞ bu tədbirlərlə həmişə Azərbaycanı təzyiq altında saxlamaq istəyir:
"Bu cür yanaşmalar Azərbaycanın maraqlarına ziddir və erməni lobbisinin təsiri altında olan konqresmenlər burada fəallıq nümayiş etdirirlər. Təbii ki, buna Dövlət Departamenti səviyyəsində dəstək olmasa, addımların atılması inandırıcı deyil. Bütün hallarda hansı dövlət Azərbaycanın marağına zidd addım atırsa, buna kəskin reaksiya verilir".
Millət vəkili qeyd edir ki, indiyə qədər bu cür fəaliyyətlər bir nəticə verməyib:
Politoloq Yeganə Hacıyeva da sözügedən tədbirin məqsədyönlü şəkildə bu ərəfələrdə keçirilməsinə diqqət çəkib:
Politoloqun sözlərinə görə, ABŞ-ın qanunverici orqanı bəzən terroristləri legitimləşdirmək üçün platforma rolunu oynayır.
"Dəfələrlə Yaxın Şərqdə, Şimali Afrikada, Asiyada terror fəaliyyəti ilə məşğul olmuş və onlarla əlaqəli olan şəxslər ABŞ Konqresində çıxışlar ediblər. Bu baş verənlər də həmin hadisələrə aid bir nümunədir. Bu cür tədbirlər Azərbaycana qarşı təzyiq formalaşdırmaq, onu sözəbaxan ölkə etmək üçün atılır. Bu gün regionumuz sülhə doğru kövrək addımlarla gedir. Məhz regiondan kənar ölkələrin təsiri ilə regionda sülh və stabilliyin əleyhinə ssenarilər formalaşır. Ermənistan da guya onların təsiri altında bu addımları atdığını göstərməyə çalışır. Əslində isə bunun əsasında Ermənistanın özünün dövlət siyasəti dayanır. Yəni, əslində bölgəmizə xaricə təsirlər məhz Ermənistandakı revaşist əhval-ruhiyyədən güc alır", - politoloq fikrini tamamlayıb.