BAKI, 9 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inı bu ölkənin yaranmasının 76-cı ildönümü münasibətilə təbrik edib. Kremlin saytında müvafiq teleqram dərc olunub.
Putin Moskva və Pxenyanın hərtərəfli strateji tərəfdaşlığı sistemli şəkildə gücləndirməyə davam edəcəklərini qeyd edib.
"Hörmətli yoldaş Kim Çen In, Koreya Xalq Demokratik Respublikasının yaranmasının 76-cı ildönümü münasibətilə səmimi təbrikləri qəbul edin", - teleqramda deyilir.
Putinin telqramında qeyd olunub ki, əməkdaşlıq iki xalqın fundamental maraqlarına cavab verir və Koreya yarımadasında və bütövlükdə Şimal-Şərqi Asiya regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsinə uyğundur. Rusiya dövlətinin başçısı əlavə edib ki, ölkələr arasında münasibətlər yaxşı dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır və yüksək səviyyədədir və bu, son günlər Pxenyanda ölkə liderləri arasında aparılmış konstruktiv və məzmunlu danışıqlarla tam təsdiqlənib.
"Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə əmin-amanlıq və firavanlıq arzulayıram", Rusiya Federasiyasının Prezidenti qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.