İDMAN

Paris-2024: Səid Nəcəfzadə qızıl medal qazandı, Mehriban Əliyeva onu təbrik etdi

Birinci vitse-prezident qeyd edib ki, peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu.
Sputnik
BAKI, 2 sentyabr - Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paralimpiya çempionu olan Səid Nəcəfzadəni təbrik edib.
Birinci vitse-prezident Mehriban Əliyeva bu barədə Instagram hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!".
***
Azərbaycanın daha bir təmsilçisi Səid Nəcəfzadə Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
T12 kateqoriyasında yer alan paraatlet uzunluğa tullanma növündə çıxış edib.
O, 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal olub. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.
İDMAN
Paris-2024: Raman Saley 2-ci medalını qazandı, Mehriban Əliyeva onu yenə təbrik etdi