BAKI, 28 avqust — Sputnik. UEFA Çempionlar Liqasının pley-off mərhələsində son cavab görüşləri keçirilib.
Ağdamın "Qarabağ" klubu Tofiq Bəhramov adına Respublika stadionunda Xorvatiyanın "Dinamo Zaqreb" komanasını qəbul edib.
İngiltərədən olan baş hakim Maykl Oliverin idarə etdiyi qarşılaşma xorvatların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 33-cü dəqiqədə açılıb. Marko Pyatsa adını tabloya yazdırıb. Matçın 55-ci dəqiqədə isə Mateus Silva avtoqol müəllifi olub.
Xatırladaq ki, tərəflər arasında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.
İki oyunun nəticəsinə əsasən "Dinamo Zaqreb" UEFA Çempionlar Liqasında yoluna davam edəcək. "Qarabağ" isə mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.