"Azərbaycanı AŞPA qarşısında öhdəliklərini yerinə yetirməməkdə ittiham edirlər. Görünür Azərbaycanın Rusiya əməkdaşlığı genişləndirmək istiqamətində atdığı addımlar Qərbdə bəlli dairələri narahat edib. Bu gün Qərb və Rusiya arasında geosiyasi rəqabətin yeni mərhələyə daxil olduğu hamıya məlumdur. Qərb Cənubi Qafqazın geosiyasi konfiqurasiyasının dəyişməkdə qərarlıdır və bunun üçün Ermənistandan istifadə edir".
"Onu da qeyd edim ki, dəhlizlərlə bağlı məsələlərdə mövqelər fərqlidir. Qərbin dəhlizlərlə bağlı yanaşması Rusiya və Çinə, ŞƏT və BRİKS ölkələrinin maraqlarının əleyhinədir. Buna görə də Azərbaycana siyasi təzyiq və təhdidləri artırmağa çalışırlar. İndi də parlament seçkilərini müşahidə etməklə bağlı AŞPA-ya qarşı Azərbaycanın mövqeyini tənqid edirlər. Azərbaycan Aİ və Avropa Şurası qarşçısında götürdüyü öhdəliklərə hər zaman sadiq qalıb, hüquq, məhkəmə, siyasi sistemində islahatlar aparıb. Görünür ki, Qərbin məlum təhdidləri həm də Xəzər su hövzəsi ilə bağlı maraqlarından qaynaqlanır. Azərbaycan Qərbin bu maraqlarının qarşısında sipərdir. Azərbaycan Qərblə iqtisadi-ticari əməkdaşlığın əleyhinə deyil. Ölkəmiz öz karbohidrogen ehtiyatlarının məhz Qərb bazarında satır. Qərbdən olan diplomatlar da Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rola böyük əhəmiyyət verdiklərini bildirirlər. Lakin maraqlıdır ki, dəhlizlərlə və investisiya ilə bağlı açıqlamalarda Qərb Azərbaycanın maraqlarını nəzər almaq istəmir".