"Zaman-zaman Aİ-nin yüksək rütbəli diplomatları tərəfindən Azərbaycana qarşı səsləndirilən fikirlər də məhz Bakının öz siyasətindən güzəştə getməməsi ilə bağlıdır. Ai-nin tutduğu mövqe, sərgilədiyi ədalətsiz yanaşma Vətən Müharibəsindəki qələbəmizdən sonra daha çılpaq şəkildə özünü göstərdi. Aİ diplomatları Azərbaycanı gərginlik mənbəyi, Ermənistanı isə qurban kimi təqdim etməyə çalışırdılar. Onların sülh prosesinə müdaxilələri prosesləri dalana dirəyirdi. Rəsmi Bakının BMT-nin dörd qətnaməsini icra etməsi Aİ üçün gözlənilməz oldu".
"Onlar istəyirdilər ki, Azərbaycan Rusiyadan uzaqlaşsın. Rəsmi Bakı müharibədən sonra regional əlaqələrin inkişaf etidirilməsi üçün "3+3" fomratını təklif etmişdi. Azərbaycana deyirlər ki, bölgənin əsas dövlətlərindən olan Rusiyadan uzaqlaş. Halbuki biz Rusiya ilə müttəfiqik və həmahəng təhlükəsizlik məsələrini həll edirik, eyni zamanda vacib layihələri icra edirik. Rusiya liderinin bu yaxınlarda Azərbaycana səfəri də, düşünürəm ki, Qərb üçün aydın mesaj oldu. Azərbaycan və Rusiya əməkdaşlığın inkişaf tempini daha da artırmaq niyyətindədirlər. Azərbaycan Rusiya, Türkiyə, Özbəkistan və Çinlə strateji əməkdaşlığı inkişaf etdirir. Xarici siyasət həyata keçiriləndə də bu ölkələrin mövqeləri nəzərə alınır, məsləhətləşmələr aparılır".