YAZARLAR

Bakı Aİ-nin enerji təhlükəsizliyi haqqında niyə Brüsseldən daha çox düşünür

Avropa ölkələrinin ABŞ-dan gələn MTQ-yə çox bağlı olmasına baxmayaraq, ABŞ şirkətləri Aİ bazarında qiymətlərin düşməsindən sonra ona marağını itirərək yanacaqlarını Asiyaya yönləndiriblər.
Sputnik
BAKI, 17 avqust — Sputnik. Avropa İttifaqındakı (Aİ) bəzi ayıq beyinlər iki il əvvəl bəyan etmişdilər ki, Rusiya qazından imtina edərək və ABŞ-ın təbii qaz mayeləşdirilmiş təbii qazına (MTQ) "oturmaqla" Avropa özünü kifayət qədər bahalı və etibarsız yanacağa məhkum edir. Belə də oldu - Rusiya boru kəməri qazının Avropadakı yerini tez bir zamanda Aİ-nin "mavi yanacağa" tələbatının böyük əksəriyyətini təmin edən ABŞ MTQ təchizatçıları tutdu.
Belə ki, 2023-cü ilin sonunda ABŞ Aİ-nin ümumi mayeləşdirilmiş qaz idxalının, demək olar ki, yarısını təmin etməklə Avropaya ən böyük MTQ təchizatçısına çevrildi. ABŞ şirkətləri isə qiymətlərin tarixi zirvələrə qədər kəskin artması ilə Avropa böhranından milyardlarla dollar qazandılar.
Etibarsız ABŞ qazı
Avropa ölkələrinin ABŞ-dən olan MTQ-yə "ağır şəkildə bağlı" olmasına baxmayaraq, bu ölkənin şirkətləri Avropa bazarında qiymətlərin düşməsindən sonra ona olan marağı itirərək yanacaqlarını Asiya bazarlarına yönləndiriblər. Belə ki, burada yay mövsümündə qaza tələbat və qiymətlər yüksək olaraq qalır.
Bundan əlavə, həddindən artıq isti hava və yerli qaz hasilatının az olması üzündən Misir də təchizatçılara yüksək qiymətlər təklif edərək ABŞ MTQ uğrunda yarışa qoşulub. Nəticədə Asiya bazarlarına ABŞ-dən böyük həcmdə maye qaz göndərilib, Avropa isə onun üçün nəzərdə tutulan tədarük həcmini ala bilməyib.
Nəticədə, may-iyul aylarında bu xammalın Avropaya ümumi idxalında Rusiyadan qazın həcmi 2022-ci ilin sentyabrından bəri ilk dəfə olaraq ABŞ-dən gələn yanacaq tədarükünə çatıb, vaxtaşırı isə, hətta ötüb.
Avropaya tədarükün azalmasının səbəbi kimi istehsal göstəricilərinin aşağı düşməsi, xüsusən də ABŞ-nin ən böyük MTQ ixrac zavodlarından biri olan "Freeport MTQ"də iyul ayında "Beril" qasırğası üzündən iki həftədən çox müddətdə istehsalın azalması göstərilsə də, əslində, Amerika Birləşmiş Ştatlarının mütəxəssisləri ölkə qazının beynəlxalq bazarda qiymətini artırmaq üçün ABŞ tərəfindən yaradılmış süni qıtlıqdan danışırlar.
Buna misal olaraq, Prezident Co Baydenin ilin əvvəlində yeni MTQ layihələrinin lisenziyalaşdırılmasını qadağan etmək və qaz ixracını müvəqqəti məhdudlaşdırmaq qərarını göstərmək olar. Xüsusilə, 16 ştat Baydenin qərarını federal qanunları pozmaqda ittiham edərək məhkəməyə verib. Nəticədə iyul ayında Luiziana məhkəməsi Baydenin qərarını ləğv edib. Bununla belə, ABŞ MTQ-sinin mümkün çatışmazlığı ilə bağlı həyəcan onun dünya bazarında dəyərini artırıb və getdikcə daha çox alıcını bunun uğrunda yarışa qoşulmağa məcbur edib.
Qaz
Aİ etibarlı qaz təchizatını harada axtarır?
ABŞ qazının həcminin bir hissəsinin Asiya bazarına yönləndirilməsi hərbi əməliyyatların gücləndiyi Rusiya Federasiyasının Kursk vilayətində mövcud gərgin vəziyyətlə üst-üstə düşdü. Qeyd etmək lazımdır ki, məhz Rusiya Federasiyasının Kursk vilayətində Sudja qazölçmə stansiyası yerləşir və onun vasitəsilə Ukrayna ərazisindən Avropaya gündəlik orta hesabla 43 milyon kubmetr Rusiya qazı vurulur.
Kursk vilayətində yaranmış gərginlik, məlum səbəblərdən Avropa bazarında qazın qiymətinin artmasına səbəb olub. ABŞ-dan tədarükün azalması isə, ekspertlərin gözlədiyi kimi, növbəti mövsümdə avrozonanın enerji sektorunda əlavə problemlər yarada bilər. Üstəlik, Rusiya qazının tranziti üzrə "Qazprom"la müqaviləsi başa çatmaqda olan Ukrayna müqavilənin uzadılmasından mümkün imtina barədə bəyanatlarla Aİ qaz bazarında vəziyyəti gərginləşdirmək üçün əlindən gələni edir.
Belə bir vəziyyətdə Aİ ölkələri, xüsusilə enerji təhlükəsizliyi baxımından ən həssas olan ölkələr əlavə qaz mənbələri, o cümlədən boru kəməri qazı axtarmalı olurlar. Bu işdə Aİ Qətər, Əlcəzair, Nigeriya Azərbaycan kimi mənbələrə arxalanır.
Xüsusilə, 3,5 ildən artıqdır ki, davamlı olaraq Avropa bazarına qaz tədarük edən və tədarük həcmini artıran Azərbaycan müvafiq sazişlərin mövcudluğu şərti ilə ixracı artırmaq niyyətini dəfələrlə bəyan edib. Ümumilikdə hazırda altı Avropa ölkəsi - Yunanıstan, İtaliya, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya Azərbaycan qazını alır, avqustun 1-dən isə Azərbaycan Dövlət Neft Şirkəti Sloveniyaya da qaz nəql etməyə başlayıb.
Eyni zamanda, Bakı Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya tranzitinin saxlanılması ilə bağlı Moskva ilə danışıqlar aparır. Bunu iyulda Şuşada keçirilən ikinci qlobal media forumunda Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Görünür, hər iki tərəf (Aİ və Ukrayna) bu məsələdə maraqlıdır, çünki Ukraynanın özünün bu qaza ehtiyacı var. Biz Rusiya ilə danışıqlar prosesindəyik. Əgər biz kömək edə bilsək, kömək edəcəyik", - Əliyev bildirib.

Faktiki olaraq, Azərbaycanın hərəkətlərinə baxsaq, Bakı Brüsseldən daha çox Aİ-nin enerji təhlükəsizliyini düşünür və 2027-ci ilə qədər qaz tədarükünü 20 milyard kubmetrə çatdırmağa hazır olduğunu bəyan etməklə yanaşı, həm də regionun digər ölkələrindən, xüsusən də Türkmənistandan qazın tranziti üçün öz infrastrukturunu təqdim etməyə hazır olduğunu bildirir.
Eyni zamanda, Bakı istilik mövsümü ərəfəsində avrozonada enerji böhranının qarşısını almaq üçün tranzitin davam etdirilməsindən ötrü Rusiya Federasiyası, Aİ və Ukrayna arasında danışıqların aparıcısı rolunu öz üzərinə götürür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
NEFT-QAZ
Azərbaycan qazı Ukraynadan keçməklə Avropaya hansı sxemlə çıxa bilər – ekspert cavab verir