YAZARLAR

ABŞ-ın neft ehtiyatları ciddi şəkildə aşağı enib

Bundan əvvəl analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 600 min barel azalacağını proqnozlaşdırırdı.
Sputnik
BAKI, 8 avqust — Sputnik. Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 3 728 min barel azalaraq 429 321 min barel təşkil edib.
Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan əvvəl analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 600 min barel azalacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-ın kommersiya neft ehtiyatları ardıcıl altıncı həftədir ki azalır.
Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
30.07.24, 10:01
ABŞ nefti və qazına əlvida: Harrisin siyasəti karbohidrogen layihələrinə necə təsir edəcək
Kamala Harrisin ABŞ prezident seçkilərində mümkün qələbəsi ABŞ-ın neft və qaz hasilatı sektoruna güclü zərbə vura bilər. Bunu "OilPrice"nin analitiki bildirib.
Belə ki, Harrisin Kaliforniya Baş Prokuroru və Vitse-Prezident kimi təcrübəsinə əsaslansaq, o, prezident seçkilərində qalib gələrsə, "yaşıl gündəm"də Co Baydendən daha radikal fikirlərə sahib olacağı və neft və qaz şirkətlərinin fəaliyyətinə qarşı çıxacağı aydın olur.
Məqalədə vurğulanıb ki, Kaliforniyanın baş prokuroru kimi Harris neft şirkətlərinə, o cümlədən "Chevron"a qarşı məhkəmə iddiaları qaldırıb və bu şirkətləri təhlükəli materiallarla səhv rəftara görə təqib edib. Bundan əlavə, nəhəng bir şirkət olan "Plains All-American Pipeline" də 2015-ci ildə Kaliforniya sahillərində neft sızması səbəbindən hədəfə alınıb.
Hələ 2000-ci illərin əvvəllərində, Harris San-Fransiskoda bölgə prokuroru olduğu dövrdə, o, o, təhlükəli tullantılar və digər ekoloji cinayətlər kimi məsələləri həll etməkdən ötrü öz departamentində ilk ekoloji ədalət bölməsini yaradıb.
Neft
Məqalə müəllif qeyd edib ki, Harris layihənin yüksək maddi dəyərinə baxmayaraq, Kaliforniyanı keçid üçün nümunə ştatına çevirən "Yeni Yaşıl Sövdələşmə"nin qızğın tərəfdarı olub. Harris, həmçinin açıq şəkildə bəyan edib ki, o, neft və qaz hasilatı zamanı frekinqin (hidravlik qırılma) qadağan edilməsinin tərəfdarıdır ki, bu da onu iqlim fəalları arasında populyarlaşdırıb.
Demokratlar, əgər Harris, ABŞ-ın növbəti prezidenti olarsa, ölkənin neft və qaz sənayesini məsuliyyətə cəlb edəcəyini və enerji keçidində uğurla hərəkət edəcəkyini gözləyirlər.
Harris neft dövlətlərindən səs almayacaq
Məqalədə o da qeyd edilib ki, Harris keçid məsələlərində sərt mövqeyinə görə Pensilvaniya kimi neft və qaz ştatlarından olan seçicilərin səslərini itirə bilər. Eyni zamanda hesab edilir ki, demokratlar Pensilvaniyada qalib gələ bilməsələr, seçkilərdə məğlub olmağa məhkumdurlar.
Bu, Harrisin ya əsas seçici bazası üzərində diqqətini cəmləyəcəyindən, "yaşıl gündəmi" təbliğ edərək Pensilvaniya kimi neft ştatını itirmək riskindən, ya da Baydenin 2020 – ci ildə etdiklərini təkrarlayacağından - neft və qaz əyalətlərinin seçici səslərini qazanmaq üçün ritorikanı azalda biləcəyindən xəbər verir.
Hər bir halda, Harris prezident seçkilərində qalib gələrsə, Ağ Ev ABŞ-dan karbohidrogenlərin hasilatını və tədarükünü əhəmiyyətli dərəcədə azaldacaq neft və qaz layihələrini "izləyəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.