İDMAN

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala çıxıb

İdmançımız Həsrət Cəfərov 67 kq çəki dərəcəsində mübarizəyə qoşulub. O, ilk Olimpiya oyununda Misir təmsilçisi Mohamed Eısayed ilə üz-üzə gəlib.
Sputnik
BAKI, 7 avqust — Sputnik. Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Report-un məlumatına görə, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib.
Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
07.08.24, 14:24
Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir. İdmançımız Həsrət Cəfərov 67 kq çəki dərəcəsində mübarizəyə qoşulub.
O, ilk Olimpiya oyununda Misir təmsilçisi Mohamed Eısayed ilə üz-üzə gəlib.
1/8 finalda mübarizəyə başlayan Həsrət Cəfərov rəqibini məğlub edib - 9:0.
Beləliklə, o 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar.
Boksçumuz Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.