BAKI, 29 iyul — Sputnik. Ötən həftə ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Lui Bono regiona sülh danışıqları üçün səfər etsə də, Azərbaycana gəlmədi. Bu hadisə iki msələni ortaya çıxarır: ya rəsmi Bakı sülh danışıqları ilə bağlı ABŞ-la müzakirələr aparmaq istəmir, ya da ABŞ rəsmi Bakı ilə məsələhətləşmələrdə maraqlı deyil.
Rəsmi Bakı uzun illər Qərbin faydasız vasitəçiliyinin nəticəsizliyini görüb. Bu baxımdan nəticəsiz danışıqlardansa, nəticəli danışıqlara üstünlük verdiyini bildirir. Ermənistana isə nəticəli danışıqlar nə qədər maraqlıdır - bax, bu sual doğrur. Azərbaycan və Ermənistan Moskvanın vsaitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmaların icrası dayanıb.
Maraqlı olan həm də budur ki, ABŞ rəsmisi İrəvanda verdiyi açıqlamlarda ləyaqətli və ədalətli sülhdən danışıb. Görünən odur ki, ABŞ-ın ədalətli sülh anlayışı ilə rəsmi Bakının tələbləri arasında uyğunsuzluq var.
Lui Bononun Azərbaycana niyə səfər səfər etməməsi ilə bağlı millət vəkili Ceyhun Məmmədov və politoloq Yeganə Hacıyeva Sputnik Azərbyacan-a danışıblar.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, son vaxtlar davamlı olaraq ABŞ rəsmilərinin Ermənistana səfərlər etdiyini görürük:
Ceyhun Məmmədov qeyd edir ki, bu səfərlər sırf Ermənistanın təhlükəsizliyi ilə bağlıdır:
"Səfərlərdə əsas məqsəd Ermənistanın Qərbə inteqrasiyasının daha sürətləndirmək, bu ölkənin Ruisya ilə əlaqələrini minimuma endirməkdir. Bütün hallarda ABŞ bölgəmizlə bağlı addımlarında bölgə dövlətlərinin maraqlarının nəzərə almalıdır. ABŞ tərəfi ləyaqətli sülhdən danışır, amma bu günə qədər özünü ləyaqətsiz aparan Ermənistana qarşı heç bir addım atmayıb. Ermənistan Azərbaycan torpaqlarını işğal edib, uzun müddət Qərb, o cümlədən ABŞ bu işğala göz yumub".
Millət vəkili onu da vurğulayıb ki, Azərbaycan sülhün reallaşması üçün mövqeyini açıq şəkildə ortaya qoyub:
Politoloq Yeganə Hacıyeva qeyd edir ki, isistmli olaraq son bir il ərzində Azərbaycanın iştirakı olmadan Qərbin Ermənistanla müzakirələri davam edir:
"Lui Bononun da Bakıya gəlməməsi və bölgə ilə bağlı aparılan müzakirələri bunun bir örnəyidir. Ermənistan-Azərbaycan sülhü ilə bağlı Avropada da bir platforma kimi müzkairələr aparılıb. Biz burada Fransanın qərəzli mövqeyini təkrar etməyə ehtiyac duymuruq. Mən xüsusən də bu ilin aprelində Avropa İtifaqında Ermənistanla ayrıca keçirilmiş görüşü xatırlatmaq istəyirəm. Bu təmaslarda Azərbaycan olmadan bölgə ilə bağlı müzkairələr aparılıb. Azərbaycan olmadan sülh prosesini nizamlamaq mövcud şərtlərdə mümkün deyil".
"ABŞ rəsmisinin Ermənistana gəlib, Azərbaycana gəlməməsini ölkəmizə qarşı təzyiq elementi kimi dəyərləndirə bilərik. Bu nümayişkəranə şəkildə Azərbaycanı görməzdən gəlməkdir. Bunun məntiqi davamı olaraq Azərbaycan daxilindəki şəbəkələr vasitəsilə Azərbaycanın Qərblə təması kəsməsi, Rusiya ilə yaxınlaşması kimi təqdim etmək istəyirlər. Bunda Ermənistan tərəfi də maraqlıdır".