"Çıxış edəcəyim yerin mənim üçün böyük əhəmiyyəti var. Tədbirin dresskoduna uyğun gələcək geyimləri seçməyə çalışıram. Beynəlxalq layihələrdə çıxış edərkən rəqqaslarla bigə təşkilatçıların ənənələrini nəzərə alır və onlarla məsləhətləşirik ki, sonra heç bir problem və anlaşılmazlıq yaranmasın", - Kazımova "Sputnik Azərbaycan"a bildirib.
"Sovet dövründə müəyyən dresskodu mövcud idi. Əgər bu, tədbirin statusunu, yüksək vəzifəli şəxslərin iştirakını nəzərdə tutmursa, nə geyinəcəyinə sənətçi özü qərar verir. Bəzən bir konsertdə bir neçə obraz dəyişdirilir - bu, şoudur. Biz SSRİ-yə qayıtmaq riski ilə üz-üzəyik. O zamanlar səhnədə yalnız üzlər dəyişirdi, geyimlər isə, demək olar ki, eyni idi", - Eminova hesab edir.
"Rusiyada sənətçilər üçün dresskodu tətbiq ediləcəyi xəbərini oxuduğumda şok oldum. Bəli, həm Rusiya, həm də bizim səhnəmizdə öz səhnə geyimlərində sərhədi keçən müğənnilər var. Kənardan bu, çox vulqar görünür. Ancaq digər tərəfdən zamanla ayaqlaşmaq lazımdır. Üstəlik, əyləncə janrı bədənin gözəl hissələrinin nümayişi deməkdir. Bütün dünya ulduzları açıq geyimlərdə çıxış edirlər", - Axundova "Sputnik Azərbaycan"a bildirib.