BAKI, 29 iyun - Sputnik. Azərbaycanın 3 qadın güləşçisi Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında medal qazanıb.
Belə ki, 54 kiloqram çəkidə mübarizə aparan Rəna Nuriyeva yarımfinalda rusiyalı Evgeniya Kuskovanı yenərək finala çıxsa da, həlledici qarşılaşmada qırğızıstanlı Adinay Baizkulovaya uduzub və gümüş medalla kifayətlənib.
62 kiloqram çəki dərəcəsində yarışan Simura Abdullayeva bürünc medal uğrunda görüşdə rusiyalı Paraşkovya Uşnitskayanı məğlub edib.
39 kiloqramda mübarizə aparan Gülnar Ağadadaşova isə belaruslu Anastasiya Nekleyeva üzərində qələbə qazanaraq bürünc medala sahib olub.
Asiya Uşaqları Oyunları çərçivəsində üzgüçülük turniri iyulun 4-dək davam edəcək. Yakutskda keçirilən yarışlarda Azərbaycanı 80 idmançı təmsil edir.
VIII Asiya Uşaqları Oyunlarında 24 idman növü üzrə 239 dəst medal uğrunda mübarizə planlaşdırılır: atletika, basketbol 3×3, rəqs idmanı “brekinq” və “ikinövçülük”, mas-güləş, bədii gimnastika, boks, qayayadırmanma, voleybol, mini-futbol, taekvondo, cüdo, kürəş, üzgüçülük, sambo, güləş, alış , hapsaqay, gülləatma, oxatma, şahmat, go, stolüstü tennis, kikboksinq, stend atıcılığı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.