"Region xaricində olanlar Cənubi Qafqaza öz planları ilə gedirlər ki, bu, yumşaq desək, heç də həmişə regional dövlətlərin maraqlarına uyğun gəlmir. Hesab edirik ki, bu, Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək", – Qaluzin bildirib.
"Amma bu cür texnikaların Ermənistana verilməsi bu ölkənin ordusunun Azərbaycan silahlı qüvvələri qarşısındakı acınacaqlı vəziyyətini yaxşılaşdırmır. Azərbaycan ordusu 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinə ağır mənəvi psixoloji zərbə vurub. Dİgər tərəfdən bu gün ordumuzun arsenalında Ermənistana satılan silahların analoqları mövcuddur.Qeyd edilməlidir ki, bu satınalma Ermənistan ordusunun artilleriya sistemləri üçün bir yenilikdir. Daha əvvəllər də onlarda özüyeriyən sistemləri olub, ancaq NATO standartlarına uyğun qurğuların alınması yenilikdir. Bu baxımdan bunu təkcə Fransa ilə tərfdaşlıq kimi yox, həm də Ermənistan-NATO hərbi texniki əməkdaşlığının bir hissəsi kimi dəyərləndirməliyik. NATO-ya üzv olan ölkələrlə hərbi texniki əməkdaşlığa dair saziş imzalananda və yaxud da bu istiqamətdə hansısa satınalma həyata keçiriləndə NATO-nun hərbi rəhbərliyinə məlumat veirlir və bu istiqamətdə digər tərəfin mövqeyinə uyğun addım atılır".
"Bunlardan ordumuzun arsenalında yer alan Çexiya istehsalı "DANA" özüyeriyən artilleriya qurğusunu misal göstərə bilərik. Amma Ermənistan bununla regionda yeni münaqişənin başlanğıcını qoyur. Bu isə heç də yaxşı nəticələr verməyəcək".
"Ermənistanın bu ağlı kimdən aldığı bizə bəllidir. Neokolonializm ideaları ilə yaşayan ölkələr Ermənistanı istismar edir. Ehtimal edirəm ki, Ermənistan XİN-in açıqlamasından sonra həmin idealarla yaşayan ölkələrin Ermənistana dəstəkləri daha da arta bilər. Həmin ölkələr Rusiyanın Ukraynadakı əməliyyatları fonunda Cənubi Qafqazdakı boşluğu ələ keçirməyə çalışırlar. Bütün bu proseslərin nəticəsi kimi, Ermənistan müstəmləkə ölkəyə çevrilə bilər", – millət vəkili qeyd edib.