BAKI, 17 may — Sputnik. Braziliya Respublikası 2027-ci ildə futbol üzrə qadınlar arasında dünya çempionatına ev sahibliyi edəcək.
Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) cümə günü Banqkokda keçirilən Konqresində məlum olub.
Konqresdəki səsvermənin nəticələrinə görə, Braziliya Belçika, Niderland və Almaniyanın birgə iddiasını üstələyib.
Qeyd edək ki, Braziliya ABŞ, Almaniya və Fransadan sonra həm qadınlar, həm də kişilər arasında dünya çempionatına ev sahibliyi edən dördüncü ölkə olacaq.