BAKI, 9 may — Sputnik. Amerika Birləşmiş Ştatları sərhədini keçən sənədsiz miqrantlar arasında zamanında digər ölkələrin həbsxanalarında və ya ruhi xəstəxanalarda saxlanılanlar da var.
Bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp "WGAL" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Co Baydenin hazırkı administrasiyası qərara alıb ki, dünyanın hər yerindən insanların, o cümlədən məhbusların və ruhi xəstələrin ölkəyə daxil olmasına imkan verən açıq sərhədlər lazımdır.
"Biz hamını qəbul edirik", - siyasətçi istehza ilə vurğulayıb.
Bundan əvvəl amerikalı sahibkar və milyarder İlon Mask xəbərdarlıq etmişdi ki, miqrantların nizamsız axını səbəbindən gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq.