İDMAN

Azərbaycan gimnastları Qazaxıstanda komanda hesabında birinci olub

Aleksey Karataşov, Sənan Rzazadə qızıl, Xətai Hümbətov, Nazim Nağı gümüş, Hüseyn Əsədullayev isə bürünc medal qazanıblar
Sputnik
BAKI, 23 mart - Sputnik. Azərbaycan gimnastları Qazaxıstanın Almatı şəhərində tamblinq üzrə keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasından Azərbaycan Dövlət İnformasiya Agentliyinə verilən məlumata görə, Aleksey Karataşov, Sənan Rzazadə qızıl, Xətai Hümbətov, Nazim Nağı gümüş, Hüseyn Əsədullayev isə bürünc medal qazanıblar.
Azərbayan gimnastları Qazaxıstanda qızıl medal qazanıblar
Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadədən ibarət gimnastlarımız komanda hesabında birinci yeri tutublar.
Tamblinq Batut gimnastikasının bir hissəsidir və bu idman növünə akrobatika cığırında (tamblinq) hərəkətlər aiddir.
Tamblinq üzrə çıxışlar 1965-ci Dünya Çempionatının proqramına daxil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.