İDMAN

“Qarabağ” dünya reytinqinin ilk yüzlüyündə yer alan yeganə postsovet məkanı klubudur

Dünyada 61-ci, Avropada isə 42-ci yerə yüksələn Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır.
Sputnik
BAKI, 10 mart - Sputnik. “Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində postsovet məkanı klublarının siyahısında yenidən birinci pillədə qərarlaşıb.
Dünyada 61-ci, Avropada isə 42-ci yerə yüksələn Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır.
Bir ay əvvəlki reytinqlə müqayisədə 9 pillə irəliləyən Ağdam təmsilçisini Ukrayna “Şaxtyor”u izləyir. Donetsklilər 103-cü pilləyə qədər geriləyiblər. Ümumiyyətlə, “Qarabağ” postsovet məkanı klubları arasında ilk “100-lüy”ə düşən yeganə komandadır.
Azərbaycanın reytinqdəki digər komandası “Neftçi” isə 17-cidir.
Postsovet məkanı klublarının ilk “10-luğ”u:
1 (dünyada 61-ci). “Qarabağ” (Azərbaycan) – 164,75 xal
2 (103). “Şaxtyor” (Donetsk, Ukrayna) – 132,5
3 (190). “Şerif” (Moldova) - 90,5
4 (207). “Zarya” (Ukrayna) – 85,5
5 (213). “Pünik” (Ermənistan) – 84,5
6 (221). RFŞ (Latviya) – 83,5
7 (226). “Riqa” (Latviya) – 82,5
8 (238). “Dnepr-1” (Ukrayna) - 79,25
9 (283). “Panevejis” (Litva) – 70
10 (301). “Urartu” (Ermənistan) - 68
Türkiyə klublarından yalnız “Fənərbağça” və “Qalatasaray” “Qarabağ”dan öndədirlər. Hesabında 208,5 xal olan birincilər 18-ci pilləyə yüksəliblər. “Qalatasaray” isə 200 xalla dünyanın 26-cı komandasıdır.