“2023-cü ildə tələbələri Azərbaycan Respublikasından təqaüd ala biləcək ilk Rusiya universiteti olmaq üçün bizə unikal imkan təqdim olundu. Biz bunu böyük hörmətlə qəbul etdik və ondan əvvəlki bütün işləri bütün məsuliyyətlə yerinə yetirdik. Əminəm ki, universitetimizin istedadlı tələbələri üçün bu təqaüdün təsis edilməsi Azərbaycan Respublikasının təhsil təşkilatları ilə artıq qurulmuş dostluq əlaqələrinin inkişafına və möhkəmlənməsinə təkan verəcək” - Alekseyev deyib.
“Təhsil gələcəyi müəyyən edən sahədir. Sergey Mixalkovun çox gözəl bir ifadəsi var: “Bu günün uşaqları sabahın insanlarıdır”. Ölkənin gələcəyi gənclərimizin necə formalaşmasından, özlərinə hansı peşəni seçməsindən asılıdır. Təqaüd simvolik məna daşıyır və təhsil və tədqiqatlarında həqiqətən də görkəmli nailiyyətlər göstərmiş tələbələrə verilir” - Qurbanov bildirib.