"Mən xüsusilə burada sərhədlərin delimitasiyası üzrə komissiyaların görüşünü, mina xəritələri ilə bağlı verilən açıqlamaları xatırlatmaq istərdim. Təbii ki, bura Ermənistan rəsmilərinin sülhə yanaşmalarını əks etdirən fikirləri də daxil edə bilərik. Görünən odur ki, sülh sazişinin imzalanması üçün humanist addımların atılması davam etdirilməlidir".
"ABŞ-ın açıqlaması isə o qədər də ciddi hesab etmirəm. Biz bu cür açıqlamaların ənənəvi olduğunu bilirik. Çünki Azərbaycanda seçki prosesi gedir və ABŞ regionda öz siyasətini həyata keçirmək üçün bu cür açıqlamalardan istifadə edir. Azərbaycan üçün bu cür açıqlamalar təhlükə təşkil etmir", millət vəkili qeyd edib.
"Zira Azərbaycana qarşı sürətlə silahlanmağa Ermənistanın kifayət qədər resurs və imkanları yoxdur, sərhədlərin qarşılıqlı şəkildə tanınmaması şəraitində hücum etməmək barədə razılıq da, yenə, Ermənistanın maraqlarına uyğundur. Hazırda Ermənistan sülh müqaviləsinin imzalanması üçün əsas problemi dövlətin konstitusiyası və dövlət müstəqilliyi barədə bəyannamədə görür, zira bu sənədlərdə Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapıb. Bu problem isə Ermənistanda konstitusiya dəyişikliklərini labüd edir ki, bu da referendumun keçirilməsi zərurərini doğurub".