RUSİYA

Matviyenko “Rossiya seqodnya” media qrupunu yubileyi münasibətilə təbrik edib

Federasiya Şurasının spikeri qeyd edib ki, "son on il ərzində “Rossiya Seqodnya” güclü şaxələnmiş holdinqə çevrilib.
Sputnik
BAKI, 9 dekabr - Sputnik. Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko “Rossiya seqodnya”nın kollektivini və onun baş direktoru Dmitri Kiselyovu media qrupunun 10 illik yubileyi münasibətilə təbrik edib.
“Siz Sovinformbüronun, “Novosti” mətbuat agentliyinin, “Moskva” radiosunun və “Rusiyanın səsi”nin ənənələrini layiqincə davam etdirirsiniz. Siz bunu peşəkarcasına, operativ şəkildə, jurnalist etikasının yüksək qanunlarına ciddi riayət etməklə, müasir texnologiyaların imkanlarından maksimum istifadə etməklə edirsiniz”, - təbrik teleqramında deyilir.
Matviyenko vurğulayıb ki, “Rossiya Seqodnya”nın jurnalistləri informasiya cəbhəsində olmaqla “ən mühüm vəzifəni həll edir – ictimai rəyi əks etdirir və formalaşdırır”, “ölkəmiz haqqında həqiqəti, onun dürüst və açıq mövqeyini bütün dünyaya çatdırır, bununla da qarşılıqlı münasibətləri, xalqlar arasında anlaşmanı möhkəmləndirir”.
Federasiya Şurasının spikeri qeyd edib ki, "son on il ərzində “Rossiya Seqodnya” güclü şaxələnmiş holdinqə çevrilib, onun auditoriyası həm ölkəmizdə, həm də xaricdə artır. Sizə və həmkarlarınıza qarşınıza yeni yüksək hədəflər qoymağa davam etməyi arzu edirəm. Əminəm ki, onlar uğurla həyata keçiriləcək”.
"Rossiya Seqodnya" beynəlxalq media qrupu qeyd olunan rusdilli informasiya resurslarını birləşdirir: РИА Новости, Sputnik radiosu, ПРАЙМ, ИноСМИ, Baltnews, Украина.ru, Социальный Навигатор, KOT və Arctic.ru. Onu xaricdə beynəlxalq xəbər agentliyi və Sputnik radiosu təmsil edir.
Media qrupunun əsas məhsullarından biri rus, ingilis, çin, ispan, ərəb və fars dillərində informasiya lentləridir. “Rossiya Seqodnya” beynəlxalq auditoriyaya, biznes ictimaiyyətinə, dövlət qurumlarına və geniş istifadəçilərə yönəlmiş ən böyük Rusiya informasiya məhsulları istehsalçısıdır.
RUSİYA
Putin "Rossiya Seqodnya"nı 10 illiyi münasibətilə təbrik edib