"Bu prosesdə region ölkələrinin fəal iştirakı ilə təmin edilməlidir. "3+3" platforması ideyası Rusiya və İran tərəfindən qəbul edilir. Gürcüstan isə Rusiya ilə olan bəzi problemlərə görə bu prosesdə iştirak etmir".
"Gürcüstan o görüşdə də iştirak etmədi. Gürcüstan Moskva ilə münasibətlərindəki problemlərə görə görüşdən imtina etdi. Tehran görüşündə də bu təkrarlandı. Bir şeyi də nəzərdən qçırmaq olmaz. Son zamanlar Fransa ilə Ermənistan münasibətləri intensivləşməyə başlayıb. Ermənistan müdafiə nazirinin Fransaya səfəri zamanı bir neçə sənəd imzalanıb. Burada söhbət ilk növbədə iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıqdan gedir. Fransa Ermənistanın silahlandırılması öhdəliyini öz üzərinə götürüb. Xüsusilə də hava hücumundan müdafiə sistemləri ilə Ermənistanı təmin etmək niyyətindədir. Bu o deməkdir ki, regiondankənar oyunçu Fransanın proseslərdə iştirakı Ermənistanı yeni hərbi təxribatlara, avantüralara, ən pis halda isə üçüncü Qarabağ müharibəsinə təhrik edə bilər".
"İlk vaxtlar bu prosesdə İran, Gürcüstan və Ermənistan iştirak etmirdi. Rusiyada keçirilən görüşdə bu platforma işlək mexanizmə çevrilə bilmədi. Xarici hərbi güclərin Ermənistanda peyda olması, proseslərə müdaxiləsi region ölkələrini ayıltmağa başladı. Rusiya və İran, eyni zamanda Azərbaycan və Türkiyə bu varlıqdan məmnun deyil. Çünki regional olmayan qüvvələrin regiona müdaxiləsi problemlərin həllinə çətinliklər yaradır. Həm regiondakı, həm də regiondankənar qlobal güclərin geosiyasi maraqlarını uzlaşdırmaq çox çətin məsələdir. Ona görə də, bu "3+3" platformasının işləkliyini təmin etmək üçün region ölkələri ümumi maraqları ortaya qoymalıdır", -deyə politoloq fikirlərini yekunlaşdırıb.