BAKI, 20 oktyabr — Sputnik. Qadın fubolçulardan ibarət Azərbaycan millisinin Millətlər Liqasında keçirəcəyi iki oyun üçün heyəti müəyyənləşib.
AFFA-nın rəsmi saytının xəbərinə görə, yığmaya 23 oyunçu cəlb edilib.
Komanda həmin qarşılaşmalara hazırlıq məqsədi ilə oktyabrın 23-dən Farer adalarında təlim-məşq toplanışına başlayacaq.
Qeyd edək ki, oktyabrın 27-də Farer adalarının qonağı olacaq Azərbaycan millisi bundan 4 gün sonra "Dalğa Arena"da Monteneqronu qəbul edəcək.