İDMAN

Azərbaycan hakimləri UEFA-dan təyinat alıblar

İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino yığmalarının mübarizə aparacağı qrupun oyunları oktyabrın 25-31-i aralığında İtaliyada keçiriləcək
Sputnik
BAKI, 16 oktyabr — Sputnik. Azərbaycanın FIFA referisi Elçin Məsiyev və FIFA referisi köməkçisi Vüsal Məmmədov UEFA-dan təyinat alıblar.
AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, onlar 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupundakı matçlarda iş başında olacaqlar.
İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino yığmalarının mübarizə aparacağı qrupun oyunları oktyabrın 25-31-i aralığında İtaliyada keçiriləcək.