RUSİYA

Paşinyan Rusiyadan üz döndərmək istədiyini etiraf etdi, Moskvanın cavabı gecikmədi

Rusiya XİN bəyan edib ki, Paşinyan Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağın gələcəyi ilə bağlı "centlmen razılaşması"na riayət etmək əvəzinə, Qərbin öyüd-nəsihətlərinə boyun əyib.
Sputnik
BAKI, 25 sentyabr - Sputnik. “Ermənistanın baş naziri Nikol Paşinyan anti-Rusiya bəyanatları ilə günahı rəsmi Moskvanın üzərinə atmaq, məsuliyyətdən yayınmaq istəyir”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Paşinyanın dünənki çıxışlarında Rusiyaya qarşı qəbuledilməz bəyanatlar var:
“İrəvan bilərəkdən Moskva ilə əlaqələri pozmağa çalışır. Beləliklə, Qərbin geosiyasi oyunlarının girovuna çevrilir və böyük səhvə yol verir”.
Bildirilib ki, Rusiya-Ermənistan münasibətləri üçün dağıdıcı proseslər Qərb tərəfindən stimullaşdırılır və sistemli xarakter daşıyır:
“Ermənistan mediasında açıq-aşkar anti-Rusiya kampaniyası aparılır. Ermənistandakı etirazların Rusiyadan qaynaqlanması ilə bağlı iddiaların reallıqla heç bir əlaqəsi yoxdur”.
Həmçinin bəyanatda göstərilib ki, Paşinyan bütün bu müddət ərzində Ermənistanın bilərəkdən Rusiyadan üz döndərməyə hazırlaşdığını etiraf edib: “Rusiya isə Ermənistana təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahələrində genişmiqyaslı yardım göstərməkdə davam edir".
XİN həmçinin qeyd edib ki, “Ermənistan rəhbərliyi Rusiya və Azərbaycanla ritmik işləməkdənsə, Qərbə üz tutub.
Qeyd olunub ki, N.Paşinyan Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağın gələcəyi ilə bağlı "centlmen razılaşması"na riayət etmək əvəzinə, Qərbin öyüd-nəsihətlərinə boyun əyib.
RUSİYA
İrəvanın ikitərəfli münasibətlərə xələl gətirən bəyanatlarına cavab veriləcək - Rusiya XİN