BAKI, 6 sentyabr — Sputnik. "Sosial durumu zəif olan ailələr vahid məktəbli formasını əldə etmək üçün məktəb rəhbərliyinə müraciət edə bilərlər".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
"Tərəfdaşları olduğumuz korporativ şirkətlər həmin ailələrə kömək ola bilər" - nazir vurğulayıb.
Amma nazir məktəbli forması almaq məsuliyyətinin valideynin üzərində olduğunu söyləyib.
Qeyd edək ki, bu il tədris ilindən - respublikanın ümumtəhsil müəssisələrində yeni məktəbli formaları tətbiq edilədək. Çünki, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında" qərara əsasən, orta məktəblər üçün yeni geyim formaları təsdiq edilib. Artıq məktəbli geyimlərinin qiyməti də müəyyənləşib və satışa çıxarılıb. Hazırda 26 ölçüdən 54 ölçüyə qədər həm uzunqol, həm də qısaqol polo köynəklərin qiyməti 15 manatdır. Şalvar və ətəklərin qiyməti isə 25 manatdır. Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub.
Oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir.Qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir.
Qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, 4 poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir.
Qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir.
Uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir.
Önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.
Təhsilalanların geyimi qış və yay formalarından ibarətdir (rənglər dəyişə bilər).