BAKI, 6 sentyabr — Sputnik. AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan-Belçika oyununu idarə edəcək hakimlər açıqlanıb.
AFFA-nın rəsmi saytında gedən məlumata görə, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə olunub.
Referi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan-Belçika oyunu saat 17:00-da başlayacaq.