BAKI, 5 sentyabr — Sputnik. Rusiyalı mütəxəssis Murad Musayevin rəhbərlik etdiyi Azərbaycanın "Sabah" futbol klubu Kiyevin "Dinamo" klubunun futbolçusunun transferi ilə bağlı razılığa gəlib.
Ukrayna mətbuatı xəbər verir ki, "Sabah" və "Dinamo" klubları Yamayka yığmasının 23 yaşlı futbolçusu Kahim Perrisi Azərbaycanın vitse-çempionuna transfer etmək barədə razılığa gəliblər. Razılaşmaya əsasən, hücumçu yarımmüdafiəçi icarə əsasında bir il "Sabah" klubunda oynayacaq. Bununla yanaşı, Bakı cari mövsümün sonunda onun müqaviləsini ala bilər.
Yamaykalı futbolçunun "Dinamo" klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır, ötən mövsüm Perris Kiyev komandasında 15 oyun keçirib və bu müddət ərzində 3 qol vurub.
Perris Ukraynaya gəlməmişdən əvvəl Sloveniyanın "Koper" klubunda oynayıb.
Qeyd edək ki, "Sabah" klubu Azərbaycan Premyer Liqasının cari mövsümünə uğursuz başlayıb. Beş turdan sonra Murad Musayevin komandası cəmi dörd xal toplayaraq turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Düzdür, bakı oyunçuların daha bir oyunu da var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.