CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəlzələ ilə əlaqədar qatarların sürət həddi endirilib: kənd evlərində çatlar əmələ gəlib

Kürdəmir rayonunda baş vermiş zəlzələ nəticəsində Ərəbxana, Atakişili və Xırdapay kəndlərindəki evlərdə çatlar əmələ gəlib.
Sputnik
BAKI, 3 sentyabr - Sputnik. Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində rayonun bir neçə kəndlərindəki evlərdə çatlar əmələ gəlib.
Çatlar əsasən rayonun Ərəbxana, Atakişili və Xırdapay kəndlərində qeydə alınıb.
Hal-hazırda aidiyyəti qurumların əməkdaşları rayonun digər ərazilərində fəsadların baş verib-verməməsi ilə bağlı araşdırma aparırlar.
Eyni zamanda, Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ağali Kərimli "Report"a açıqlamasında bildirib ki, hazırda şəhər də daxil olmaqla, kəndlərdə zəlzələnin törətdiyi fəsadlarının olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Xatırladaq ki, sentyabrın 3-də, saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ baş verib.
Zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi endirilib
Baş vermiş zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi 50 km/saata endirilib.
Sentyabrın 3-də saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda - Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yolları müvafiq xidmət sahələrində infrastruktur obyektlərinə texniki baxış keçirməyə başlayıb, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılır.
İnfrastrukturda aparılan operativ texniki baxışla əlaqədar olaraq Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi 50 km/saata endirilib, yük qatarlarının hərəkəti isə müvəqqəti olaraq dayandırılıb.
HADİSƏ
Azərbaycanın on beş rayonunda zəlzələ olub: Hələlik dağıntı və tələfat yoxdur - VİDEO