TƏHSİL

15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır - Nazir

Emin Əmrullayevin sözlərinə görə, 10 yaşlı şagirdlərin də 40 faizinin tam olaraq oxuduğu mətni anlaya bilmir.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycanda 15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib. "Əksəriyyət oxuduğu mətni anlamırsa, bu ciddi çətinlik yaradır. Digər tərəfdən, oxuduğunu anlamayan adamın özünü ifadə ilə də bağlı problem yaşanır. Digər maraqlı məqam isə, on yaşlı şagirdlərin 40 faizinin tam olaraq oxuduğu mətni anlaya bilməməsidir", - nazir qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı Azərbaycanda 25 yaşdan yuxarı şəxslərin təxminən 60 faizi oxuduğunu başa düşmədiyini söyləmişdi. Nazirin bu çıxışı geniş səs-küyə səbəb olmuşdu.
TƏHSİL
Tədris digər dillərdə aparılan məktəblərə nazirdən mesaj