İDMAN

Azərbaycan gimnastları dünya çempionatında mübarizəyə başlayır

Dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Sputnik
BAKI, 23 avqust — Sputnik. İspaniyanın Valensiya şəhərində bədii gimnastika üzrə 40-cı dünya çempionatına start verilib.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, çempionatda ölkəmizi milli komandamızın üzvləri, fərdi gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova, Kamila Qafarova, eləcə də qrup hərəkətləri üzrə yığmamızın gimnastları - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova və Yelizaveta Luzan təmsil edirlər.
Qeyd edək ki, dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.