TƏHSİL

Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı sənəd verənlərin sayı on bir mindən çoxdur

Bu günədək birinci sinfə qəbulla bağlı ümumilikdə 128 339 nəfər sorğu yerləşdirib.
Sputnik
BAKI, 17 avqust — Sputnik. 2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bu günədək birinci sinfə qəbulla bağlı ümumilikdə 128 339 nəfər sorğu yerləşdirib. Onlardan 68 113 nəfəri oğlan, 60 226-sı isə qızdır.
Müraciət edənlərdən 115 840 nəfər Azərbaycan bölməsi, 11 514 nəfər rus bölməsi, 985 nəfər isə tədris digər dillərdə aparılan bölmələr üzrə sorğu yerləşdirib.
Qeyd edək ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHSİL
Bakıda I sinfə qəbul üçün vətəndaşlar ASAN Xidmətə müraciət edə bilərlər - Rəsmi