İDMAN

"Qarabağ" komandası Avropa Liqasında "Qalatasaray"la oynaya bilər

İsveçrənin Nyon şəhərində Avropa Liqasının seçmə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib və nəticədə "Qarabağ" komandasının potensial rəqibləri bəlli olub.
Sputnik
BAKI, 7 avqust — Sputnik. Ağdamın "Qarabağ" klubu Avropa Liqasının təsnifat mərhələsində İstanbulun "Qalatasaray" komandası ilə qarşılaşa bilər.
Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının seçmə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib və nəticədə Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibləri məlum olub.
Belə ki, əgər Ağdam klubu üçüncü təsnifat mərhələsini keçərsə, növbəti mərhələdə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində oynayacaq "Olimpiya" (Sloveniya) – "Qalatasaray" (Türkiyə) cütlüyündə məğlub olan tərəflə qarçılaşacaq.
Əgər komanda Avropa Liqasının üçüncü seçmə mərhələsində Finlandiyanın "Hik" komandasına məğlub olarsa, o zaman UEFA Konfrans Liqasının seçmə pley-off mərhələsinə çıxacaq və burada rəqib hələ müəyyənləşdirilməyib.
Xatırladaq ki, "Qarabağ" və "Hik" komandaları arasında ilk oyun avqustun 10-da, cümə axşamı Bakıda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.