SƏHİYYƏ

Çin alimləri xərçəng və qocalmaya qarşı təbii maddə kəşf edib

Alimlərin kəşf etdiyi maddə qocalmış hüceyrələrə təsir göstərmək, onlarda iltihabı azaltmaq qabiliyyətinə malikdir.
Sputnik
BAKI, 6 avqust — Sputnik. Şanxay İnstitutundan olan Çin alimləri hüceyrə qocalmasına qarşı və xərçənglə mübarizədə kimyaterapiyanın effektivliyini artırmaq qabiliyyətinə malik olan təbii maddə aşkar ediblər.
Alimlərin araşdırmalarının nəticələri "Aging Cell" jurnalında dərc olunub.
Bildirilir ki, təbii maddə angioprotektiv və kapilyar gücləndirici təsir göstərən, həmçinin antioksidant xüsusiyyətlərə malik flavonoidlər sinfinin nümayəndəsidir. Maddə ən çox multivitamin preparatlarının tərkib hissəsi kimi, həm də müstəqil qarışıq kimi istifadə olunur. Maddənin sənaye istehsalının mənbələri Yapon soforası və adi qarabaşaq yarmasıdır.
Hazırkı işdə mütəxəssislər təbii dərmanlar kitabxanasının geniş miqyaslı skrininqini apararaq təbii qocalma əleyhinə vasitələr tapmağa çalışıblar.
Məlum olub ki, maddə qocalmış hüceyrələrə təsir göstərmək, onlarda iltihabı azaltmaq qabiliyyətinə malikdir.
SƏHİYYƏ
Xərçəng və ürək xəstəliklərinə qarşı peyvənd effektiv olacaq