RUSİYA

Kremldən PUA hücumlarına reaksiya

Rusiya prezidentinin mətbuat katibi bildirib ki, son günlər Rusiyanın regionlarına pilotsuz təyyarələrin köməyi ilə hücum cəhdlərinin intensivliyi artıb.
Sputnik
BAKI, 24 iyul — Sputnik. Ukrayna pilotsuz təyyarələrinin Moskva və Krıma yeni hücumları ilə bağlı Rusiya prezidenti Vladimir Putindən əlavə göstəriş tələb olunmur, Rusiya Federasiyasının güc strukturları hazır vəziyyətdədir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Hazırda prezident tərəfindən əlavə göstərişlər tələb olunmur. Regionlarımızın təhlükəsizliyinin təmin edilməsində iştirak edən hər kəs hazır vəziyyətdədir. Tədbirlər görülür", - Peskov bildirib.
Peskov qeyd edib ki, son günlər Rusiyanın regionlarına pilotsuz təyyarələrin köməyi ilə hücum cəhdlərinin intensivliyi artıb.
Prezidentin mətbuat katibi vurğulayıb ki, buna müvafiq olaraq gecə-gündüz çox gərgin iş aparılır.
Qeyd edək ki, ötən gecə Moskvaya dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb.
Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir.
Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.
Hücumda ölən və ya yaralananların olmadığı açıqlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır - Rusiya XİN