DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

SOS: Saxaradakı istilik partlayışı kimi təhlükəli hadisələr tez-tez təkrarlanacaq

Yaxın günlərdə Avropanın cənubundakı ölkələr Saxara səhrasında baş verən istilik partlayışı səbəbindən həddindən artıq istilərlə üzləşəcəklər.
Sputnik
BAKI, 19 iyul — Sputnik. İqlimin istiləşməsi ilə əlaqədar Saxara səhrasındakı istilik partlayışı, fırtınalar, tornadolar və güclü yağıntılar kimi təhlükəli təbiət hadisələri getdikcə daha tez-tez təkrarlanacaq.
Bunu Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand "RİA Novosti"yə bildirib.
Bundan əvvəl "Bloomberg" xəbər vermişdi ki, yaxın günlərdə Avropanın cənubundakı ölkələr Saxara səhrasında baş verən istilik partlayışı səbəbindən həddindən artıq istilərlə üzləşə bilərlər. Eyni zamanda, Rusiyanın Avropa hissəsinin cənubunda Vilfandın qeyd etdiyi kimi, temperatur normadan 1-3 dərəcə aşağı olacaq.
"İqlimin istiləşməsi, bu istilik dalğaları, həddindən artıq isti hava axınları, küləklər, tufanlar, tornadolar, güclü yağışlar kimi getdikcə daha təhlükəli hadisələrlə müşayiət olunacaq" - Vilfand bildirib.
O vurğulayıb ki, meteoroloqların vəzifəsi neqativ nəticələri minimuma endirmək üçün belə təhlükəli hadisələr barədə vaxtında xəbərdarlıq etməkdir.
Bundan əvvəl BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı növbəti beş il ərzində qlobal temperaturun rekord həddə çata biləcəyi proqnozunu dərc edib. Buna antropogen amil, yəni istixana qazları və təbii amil - okean axınlarının La-Ninyadan El-Ninoya qədər fazalarının dəyişməsi də səbəb olacaq. Belə ki, okean axınlarının fazalarının dəyişməsi təkcə planetdəki orta temperatura deyil, həm də yağıntıların normasına təsir edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
Avropada 50 dərəcə istinin olacağı barədə xəbərdarlıq edilib