BAKI, 12 iyul — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) baş katibi Kao Kimhorn innovativ sahələrdə əməkdaşlığı, Assosiasiya ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ), həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında əlaqələrin qurulması perspektivlərini müzakirə ediblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Söhbət zamanı Rusiya-ASEAN strateji tərəfdaşlığının təşviqi naminə Assosiasiyanın Katibliyi ilə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Yüksək texnologiya və innovativ sahələrdə praktiki əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib", - məlumatda deyilir.
Nazirlik qeyd edib ki, görüş zamanı həmçinin ASEAN-ın Aİİ və ŞƏT ilə əlaqələrinin qurulması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.